» » Ermənistanın dövlət borcu rekord həddə çatıb

Ermənistanın dövlət borcu rekord həddə çatıb

Bölmə: Xəbər, GÜNDƏM
Ermənistanın dövlət borcu rekord həddə çatıb
2017-ci il yanvarın 31-nə olan məlumata görə, Ermənistanın dövlət borcu 5 milyard 969 milyon 346 min dollar təşkil edib. Təkcə yanvar ayında dövlət borcu 27 milyon 251 min dollar artıb. Ölkənin xarici borcu isə 4 milyard 836 milyon dollar təşkil edib.

Xalqinfo.az xəbər verir bu barədə məlumatı “Aykakan jamanak” qəzeti Ermənistanın Milli Statistika Xidmətinə istinadən yayıb.

Nəşr bildirib ki, “Dövlət borcu haqqında” qanuna əsaəsn əgər dövlət borcu (Ermənistan Mərkəzi Bankı borcunu nəzərə almasaq) ümumi daxili məhsulun 60 faiz çoxdursa Ermənistan hökumətinin digər borcların alınması üçün hüququ olmur:

“2016-ci ildə ÜDM təxminən 10.3 mlrd. dollar təşkil edib. Bu, o deməkdir ki, Ermənistanın dövlət borcu inadla və sürətlə “sona” yaxınlaşır. İstisna deyil ki, bizim dövlət borcu artıq ÜDM-in 60 faizi ötüb və bu, dövlət borcu üçün qanunvericiliklə müəyyən edilmiş maksimal məbləğdir. Başqa sözlə, Yunanıstan ssenarisi Ermənistanda təkrarlana bilər. Bunu üçün bir neçə il yetərli olacaq”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler