» » Külək Nəqliyyat Agentliyinə ziyan vurub

Külək Nəqliyyat Agentliyinə ziyan vurub

Bölmə: Xəbər
Külək Nəqliyyat Agentliyinə ziyan vurub
26.02.2017 tarixində paytaxtda müşahidə edilən güclü külək nəticəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bir dayanacaq pavilyonuna və hərəkətin təhlükəsizliyi üçün quraşdırılan qoruyucu çəpərlərə ziyan dəyib.

Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, küləkli hava şəraiti səbəbindən həmin gün ərazidə təmir bərpa işlərinin aparılması mümkün olmayıb. Artıq Bakı Nəqliyyat Agentliyinin balansında olan dayanacağın, eləcə də qoruyucu çəpərlərin bərpası istiqamətində iş aparılır.

Sosial şəbəkə istifadəçiləri tərəfindən fotoşəkilləri paylaşılan və 20 yanvar dairəsi yaxınlığında qəzalı vəziyyətə düşən dayanacaq pavilyonuna gəlincə isə bildirmək istəyirik ki, sözügüdən pavilyon Bakı Nəqliyyat Agentliyinin balansında olmadığından, onun təmiri və ya yenisi ilə əvəz edilməsi də Agentliyin səlahiyyətinə aid deyil.

Lakin Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı dayanacaq pavilyonunun aid olduğu müvafiq dövlət qurumunu məlumatlanıdırıb. Yaxın vaxtlarda bu qəzanın nəticələri də müvafiq dövlət qurumu tərəfindən aradan qaldırılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler