» » Qoğal satan dispetçerin qulağını kəsdi -

Qoğal satan dispetçerin qulağını kəsdi - Bakıda

Bölmə: Xəbər
Qoğal satan dispetçerin qulağını kəsdi -
Bakıda qoğal satan şəxs dispetçerin qulağını kəsib, daha bir nəfəri isə bıçaqlayıb.

Xalqinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Rüstəm Rüstəmov küçəsində "makler bazarı" kimi tanınan ərazidə qoğal satmaqla məşğul olan orta yaşlı kişi (şəxsiyyəti müəyyənləşdirilir) 1984-cü il təvəllüdlü Məmmədov Elçin Süleyman oğlunun qulağını kəsib. Daha sonra o, əlindəki bıçaqla mübahisənin qarşısını alamaq istəyən 1982-ci il təvəllüdlü Elyazov Xanlar Aydın oğlunun üz və bədən nahiyəsinə bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, E.Məmmədov avtobus dayanacağında dispetçer kimi fəaliyyət göstərir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler