» » Bakıda camaşırxanada yanğın olub

Bakıda camaşırxanada yanğın olub

Bölmə: Xəbər
Bakıda camaşırxanada yanğın olub
Bakının Nəsimi rayonu ərazisində yanğın olub.

Xalqinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Möhsün Sənani və Xan Şuşinski küçələrinin kəsişməsindəki binanın zirzəmisində yerləşən camaşırxanada baş verib. Bina sakinləri iş vaxtının bitdiyi camaşırxanada qısaqapanma və alışma hiss ediblər. Onlar hadisə barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə məlumat veriblər.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Camaşırxananın sahibini tapmaq mümkün olmadığından, yanğınsöndürənlər dəmir qapını sındıraraq içəri daxil olublar.

Çətinliklə olsa da, camaşırxanaya daxil olan yanğınsöndürənlər alovun yayılmasına, eyni binadakı yaşayış evləri və 134 saylı uşaq bağçasına keçməsinin qarşısını alıblar.

İlkin məlumata görə, iş vaxtı bitsə də, camaşırxananın işçiləri elektrik avadanlıqlarını cərəyana qoşulu vəziyyətdə qoyublar. Bu səbəbdən qısaqapanma yaranıb.


Xalqinfo.az

Bakıda camaşırxanada yanğın olub
Bakıda camaşırxanada yanğın olub
Bakıda camaşırxanada yanğın olub

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler