» » Lerikdə qar uçqunu bir ailənin 4 üzvünün canını aldı -

Lerikdə qar uçqunu bir ailənin 4 üzvünün canını aldı - Son durum (Yeniləndi)

Bölmə: Xəbər
Lerikdə qar uçqunu bir ailənin 4 üzvünün canını aldı -
Lerik rayonunda qar uçqunu baş verib.
Xalqinfo.az xəbər verir k, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb

Qar yığınınn evin üzərinə düşməsi nəticəsində ev uçub. Bir ailənin dörd üzvü həlak olub.

***

Lerik icra hakimiyyəti başçısının müavini Habil Məlikov Publika.az-a bildirib ki, artıq yoldakı buz təmizlənib, icra hakimiyyəti nümayəndələri və təcili yardım briqadası kəndə çatıb:

“Uçqun altından sağ çıxarılan 2016-cı il təvəllüdlü Elcan Mustafayev müayinə edilib. Biz gələnə qədər kənd həkimi ilkin yardım göstərib, vəziyyəti normaldır. İndi də həkimlərin təkrar müayinəsindən sonra uşağı rayon mərkəzi xəstəxanasına aparacağıq. Meyitlər isə uçqun altından çıxarılıb”.

***

Orand kəndi tibb məntəqəsinin həkimi Safalan Mikayılov Publika.az-a bildirib ki, uçqun altından xilas edilən 2016-cı il təvəllüdlü Elcan Mustafayevin ölməsi ilə bağlı yayılan xəbərlər yanlışdır:

“Uşağı müayinə etmişik vəziyyəti normaldır. Xarici orqanlarında ciddi bir xəsarəti yoxdur. Lakin daxili orqanlarında zədələnmə olub-olmadığını bilmək üçün xəstəxanaya aparmalıyıq. Ancaq yol tam açılmadığından onu xəstəxanaya apara bilmirik”.

***

Lerik Rayon İcra Hakimiyyətinin ictimaiyyətlər əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, hadisə nəticəsində sağ qalan Mustafayev Elcan Zöhrab oğluna yardım göstərmək üçün təcili yardım maşınları kəndə çatıb. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir:

“Hadisə nəticəsində Mustafayeva Şövkət (1961-ci il), Mustafayeva İlahə (1995-ci il), Mustafayev Zəhra Qasım qızı (2015-ci il), Mustafayev Uğur Qasım oğlu (2016-cı il) dünyasını dəyişib. Evdə sağ qalan uşaq Qasımın qardaşı uşağıdır. Onun özünün həyat yoldaşı və iki uşağı da hadisə nəticəsində ölüb”.

İcra hakimiyyətindən bildirdilər ki, ev yamacda yerləşdiyindən əvvəllər də onun üzərində daş parçaları düşüb.

“Bu dəfə isə düşən qar parçası çox böyük olub, ona görə də otağın biri tamamilə dağılıb. Hazırda İcra Hakimiyyətinin rəsmiləri hadisə ilə bağlı kəndə ezam ediliblər. Daha ətraflı məlumat veriləcək”.

***

Kənd icra nümayəndəsi Şahbaz Rəhimov Publika.az-a bildirib ki, qar yığını evin yalnız bir otağının üstünə düşüb və o zaman otaqda 5 nəfər olub: “Onlardan yalnız biri 2016-cı il təvəllüdlü Elcan Mustafayev sağ qalıb. Ailə başçısının həyat yoldaşı, gəlini və iki azyaşlı nəvəsi ölüb”.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler