» » Bakıdan Rusiyaya gedənlərin nəzərinə

Bakıdan Rusiyaya gedənlərin nəzərinə

Bölmə: Xəbər
Bakıdan Rusiyaya gedənlərin nəzərinə

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometr hissəsinə paralel olan köməkçi yolun yenidən qurulması və 9-cu kilometr (Biləcəri hissəsində) yeni inşa olunmuş yol ötürücüsünün yanaşma yollarının tikintisi davam etdirilir.

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətindən azərtac-a bildiriblər ki, eyni zamanda, həmin yol ötürücüsünə paralel yeni yol ötürücüsünün tikintisinə də başlanılıb.

Artıq yol ötürücüsünün dayaqları hazırdır. Yaxın günlərdə aşırım tirlərinin qoyulmasına başlanılacaq.

Layihə üzrə nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra həmin ərazidə nəqliyyatın normal hərəkəti təmin olunacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler