Azərbaycanda narkomanların sayı açıqlandıBölmə: Xəbər
Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb. Xalqinfo.az “”Axar.az”-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən bildirilib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə isə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448 nəfər olub. Yalnız 2016-cı ildə 2142 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. 2015-ci ildə isə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2017 nəfər olub. Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər. Son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 5, 18-24 yaşlı 1447, 25-29 yaşlı 4076, 30-34 yaşlı 4239, 35-39 yaşlı 4542, 40-44 yaşlı 3670, 45-49 yaşlı 3313, 50-54 yaşlı 2818, 55-59 yaşlı 2266, 60-64 yaşlı 1931, 65 yaşdan yuxarı isə 1142 nəfər narkotik istifadəçisi var. Qeyd edək ki, 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) qeydiyyata alınmayıb. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|