» » Vidadi Zeynalovun məhkəməsində gərginlik -

Vidadi Zeynalovun məhkəməsində gərginlik - “Qışqırma, otur yerinə”

Bölmə: Xəbər
Vidadi Zeynalovun məhkəməsində gərginlik -
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda ifadə verən şahid Rauf Babayev "Kompas" şirkətində çalışdığını və pul köçürmə işlərini həyata keçirdiklərini deyib. O, təqsirləndirilən şəxslərin heç biri ilə əlaqəsinin olmadığını bildirib.

Vəkillər şahidlərin məhkəməyə gətirilməməsinə etiraz ediblər.

Vəkil Şahin Rəfiyev qışqıraraq “Bir şahidə görə bu qədər məhkəməni niyə qurursunuz? Niyə gəlib gedirik? Axı şahidlər məcburi qaydada niyə məhkəməyə gətirilmir?” deməsinə hakim Əfqan Hacıyev “Qışqırma. Otur yerinə. İstəmirsənsə, məhkəməyə gəlmə” deyə cavab verib. Ş.Rəfiyevin müvəkkili Məmməd Məhəmdov da onun qışqırmasına etiraz edib.

Bundan sonra hakim, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalova ifadə verməyi təklif edib və bundan yenə imtina edərsə, sənədlərin tədqiqi mərhələsinin başlayacağını bildirib.

V. Zeynalovun vəkili Ceyhun Yusifov əlavə şahidlərin dindirilməsindən sonra müdafiə etdiyi şəxsin ifadə verə biləcəyini deyib.

V.Zeynalovun digər vəkili Elxan Süleymanov vəsatətlə çıxış edərək istintaq zamanı Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin və digər aidiyyəti qurumların ekspertləri tərəfindən aparılan yoxlamalardan sonra hazırlanan aktlarda ziddiyyətlər olduğunu bildirib.

V. Zeynalovun və Beytulla Hüseynovun vəkilləri vəsatət verərək müvəkkillərinin əmlakları üzərinə qoyulan həbsin götürülməsini istəyiblər.

V.Zeynalovun vəkili Bəylər Məmişov bildirib ki, ittihamda qeyd edilən zərərlə razı deyillər: “Ancaq bizim də özümüz tərəfindən qəbul etdiyimiz dəymiş zərər var. Həmin ziyanın dövlətə ödənilməsi üçün Vidadi Zeynalovun üzərinə həbs qoyulmuş bəzi əmlaklarının üzərindən həbsin götürülməsini istəyirik”.

Hakim bildirib ki, vəsatətlərə sənədlərin tədqiqi mərhələsində baxılacaq.

Prosesdə fasilə elan edilib.

Qeyd edək ki, Vidadi Zeynalovun 43 milyon manat dəyərində 67 əmlakının üzərinə həbs qoyulub.(qafqazinfo)


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler