» » Xocalı ilə bağlı sübutlar yoxa çıxıb –

Xocalı ilə bağlı sübutlar yoxa çıxıb – Hərbi prokuror

Bölmə: Xəbər, GÜNDƏM
Xocalı ilə bağlı sübutlar yoxa çıxıb –
Xocalı soyqırımına görə başlanılmış cinayət işi dağınıq halda istintaq olunub, bəzi maddi sübutlar yoxa çıxıb.

Xalqinfo.az APA-a istinadən xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib. O bildirib ki, əvvəllər istintaq düzgün istiqamətində aparılmayıb: "2005-ci ildən bu iş bizim icraatımızdadır. Bu məqsədlə xüsusi istintaq şöbəsi yaradılıb. İstintaq zamanı çox dəhşətli işgəncə faktları ortaya çıxıb”.

Hərbi prokurorun sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonları işğalı nəticəsində Azərbaycana dəymiş maddi ziyanla bağlı beynəlxalq ekspertlərin iştirakı ilə böyük qiymətləndirmə işləri aparılır:

“Erməni işğalı nəticəsində Azərbaycana dəymiş ziyan artıq milyard yox, trilyon dollarla ölçülür”.

X.Vəliyev qeyd edib ki, ermənilər Qazaxın Bağanıs-Ayrım kəndində iki dəfə soyqırımı törədiblər:

“Mən Qazaxda işləmişəm. Qazax camaatı ermənilərin qarşısında çox dəyanətlə dayanıb. Ermənilərin bizə qarşı törətdikləri qırğınlar 1988-ci ilin sonlarından deyil, XX əsrin əvvəllərindən başlayıb. XX əsrin əvvəlində xalqımıza qarşı törədilən soyqırımı cinayətlərinin miqyası daha böyük olub. Çox təəssüf ki, bizim yaddaşımız çox zəifdir. Millət artıq bu gün torpaq vermək fikrində deyil. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Gəncə şəhər prokurorluğunda işləyəndə ermənilər haqda bütün cinayət işlərini ancaq mən aparırdım”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler