» » Nuridə Kərimova bəraət aldı, azadlığa çıxdı

Nuridə Kərimova bəraət aldı, azadlığa çıxdı

Bölmə: Xəbər, Kriminal
Nuridə Kərimova bəraət aldı, azadlığa çıxdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini bıçaqlayaraq öldürən 27 yaşlı Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Xalqinfo.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan iclasda hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə N.Kərimovaya bəraət hökmü verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 2016-cı il iyulun 23-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Cəlilabad rayon sakini N.Kərimova deyib ki, əri V.Kərimov sərxoş vəziyyətdə onu döyüb, stulu başına vurmaq istəyəndə əlinə bıçaq götürüb və V.Kərimov üstünə gələndə bıçaq sinəsinə batıb.

Xatırladaq ki, qətlə yetirilən Vüqar Kərimovun atası, hüquqi varisi Safa Kərimov ötən dəfəki iclasda gəlini Nuridəni bağışladığını demişdi: “Bir iş idi oldu, mən onu bağışlayıram. Bir uşağı var, cənab hakim, siz də onun günahından keçin”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler