» » ABŞ konqresmeni Xocalı soyqırımına dair bəyanat verib

ABŞ konqresmeni Xocalı soyqırımına dair bəyanat verib

Bölmə: Xəbər
ABŞ konqresmeni Xocalı soyqırımına dair bəyanat verib

Xalqinfo.az bildirir ki ABŞ Konqresinin Kaliforniyadan olan üzvü, konqresmen Xuan Varqas Xocalı qətliamının 25-ci il dönümü ilə əlaqədar geniş bəyanat verib.
Bu barədə Modern.az-a Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan məlumat verilib.

Baş konsulluğa göndərilmiş bəyanatda Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlılardan bəhs olunur və bu dəhşətli faciə pislənilir.
Sənəddə 1992-ci ildə fevralın 26-da Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən çox sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Həmçinin “Human Rights Watch” təşkilatına istinad edilərək “bu faciənin regionda ən böyük qətliam” olaraq qeydə alındığı vurğulanır. Bildirilir ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.
Qeyd edək ki, Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqonu, eləcə də ştatın İmperial vilayətini 2013-cü ildən ABŞ Konqresinin Nümayəndələr Palatasında təmsil edən konqresmen X.Varqas Demokratlar Partiyasına mənsubdur. O, Konqresin Maliyyə xidmətləri komitəsinin üzvüdür. Əvvəllər Kaliforniya Ştat Senatı və Assambleyasının üzvü olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler