» » "Çudo Peçka" tamamilə çökdü: İşçilər məhkəməyə müraciət etməyə hazırlaşırlar

"Çudo Peçka" tamamilə çökdü: İşçilər məhkəməyə müraciət etməyə hazırlaşırlar

Bölmə: Xəbər, İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
"Çudo Peçka" tamamilə çökdü: İşçilər məhkəməyə müraciət etməyə hazırlaşırlar
"Çudo Peçka" mağazalar şəbəkəsinin daha iki mağazası bağlanıb.

Xalqinfo.az xəbər verir ki, musavat.com-a daxil olan məlumata görə, uzun müddətdir ki, maliyyə sıxıntısı yaşayan şirkətin metronun "Əhmədli", "Neftçilər" və "28 may" stansiyalarının yaxınlığında yerləşən mağazaları da artıq fəaliyyətini dayandırıb.

Bundan əlavə bildirilir ki, şirkətin baş ofisi də artıq fəaliyyət göstərmir. Eyni zamanda əldə etdiyimiz məlumata görə, mağazalar bağlandıqdan sonra şirkətin sexləri də fəaliyyətini dayandırıb. Hazırda "Çudo Peçka"nın yalnız metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında yerləşən mağazası fəaliyyət göstərir.

Məlumatı təsdiqləmək üçün şirkətin metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən mağazasına baş çəkdik. Müşahidə etdik ki, doğrudan da mağazanın qarşısından "Çudo Peçka"nın adı götürülüb. İçəridə satış olsa da, bildirildi ki, bura artıq "Çudo Peçka" olaraq fəaliyyət göstərməyəcək.

Onu da xatırladaq ki, "Çudo Peçka"nın əməkdaşları uzun müddətdir ki, maaşlarını ala bilmirdilər. Şirkət bir ildən çox idi ki, maliyyə sıxıntısı yaşayırdı.

İşçilərin maaşları son zamanlar hissə-hissə verilsə də, böyük bir qisminin ötən aylardan qalan əmək haqları hələ də verilməyib.

Əldə etdiyimiz məlumata görə, əmək haqqı ala bilməyən işçilər məhkəməyə müraciət etməyə hazırlaşırlar.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler