» » Tapılan meyitin neftçinin olduğu dəqiqləşdi - Kimliyi açıqlandı

Tapılan meyitin neftçinin olduğu dəqiqləşdi - Kimliyi açıqlandı

Bölmə: Xəbər, Sosial, BLOK XƏBƏR, MANŞET
Tapılan meyitin neftçinin olduğu dəqiqləşdi - Kimliyi açıqlandı
Fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub.

Xalqinfo”nun Dövlət Sərhəd Xidmətinə istinadən məlumatına görə, həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Xəbər verdiyimiz ki, ötən gün Xəzərin sahilində balıqçılar tərəfindən cəsəd tapilib.

“Xalqinfo” xəbər verir ki, cəsədi kimliyi məlum oldu

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə yazıb. O qeyd edib ki, Hamamdağ ətrafında balıqçıların dənizdən tapdığı cəsəd N.Nərimanov adına NQÇİ-də baş verən qəza vaxtı itkin düşmüş neftçıxarma operatoru Vidadi Qurbanova aiddir: “Qəza vaxtı itkin düşənlərin cəsədlərindən biri təsadüfən tapılıb, ikisini isə FHN yox, yerli balıqçılar tapıb”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler