» » Sürücülərin nəzərinə: Bakıda bu yol təmirə bağlanıldı

Sürücülərin nəzərinə: Bakıda bu yol təmirə bağlanıldı

Bölmə: Xəbər, GÜNDƏM
Sürücülərin nəzərinə: Bakıda bu yol təmirə bağlanıldı
Təmir səbəbindən Türkiyə səfirliyi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Hazırda Bakının Abbasqulu Ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsində (Türkiyə səfirliyi istiqamətində) “Azərsu” ASC tərəfindən aparılan təmir işləri ilə əlaqədar olaraq, yolun 2 hərəkət zolağında avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Xalqinfo.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O bildirib ki, aparılan təmir işləri nəticəsində yarana biləcək nəqliyyat sıxlığını nəzərə alaraq, sürücülərə alternativ olaraq Həsən Əliyev küçəsi və ya Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler