Quba-Xınalıq yolunda qar uçqunu - YENİLƏNDİBölmə: Xəbər
Quba-Xınalıq yolunda hərəkət bərpa olunub. Xalqinfo.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, qar uçqunu baş vermiş əraziyə texnikalar cəlb olunaraq uçqunun fəsadları aradan qaldırılıb. *** Bu gün Quba-Xınalıq yolunun 37-ci kilometrliyində qar uçqunu baş verib. Uçqun səbəbindən 7 kəndlə əlaqənin kəsildiyi bildirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Publika.az-a açıqlamasında bildirib ki, hazırda yolun qardan təmizlənməsi istiqamətində iş aparılır: “Uçqun səbəbindən Xınalıqla yanaşı bir neçə kəndlə əlaqə kəsilib. Bu da təbii haldır. Lakin əməkdaşlarımız yolun qardan təmizlənməsi üçün hazırda ərazidədirlər”. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|