» » “Azadlıqdan məhrumetməyə alternativ olan cəza növlərinin sayı artacaq”

“Azadlıqdan məhrumetməyə alternativ olan cəza növlərinin sayı artacaq”

Bölmə: Xəbər
“Azadlıqdan məhrumetməyə alternativ olan cəza növlərinin sayı artacaq”
“Azərbaycan prezidenti İlham Əliyevin penitensiar sistemlə bağlı sərəncamını sözün həqiqi mənasında inqilabi hesab edirəm”.

Xalqinfo.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O, bildirib ki, bu sərəncamdan sonra Cinayət Məcəlləsində azadlıqdan məhrumetməyə alternativ olan cəza növlərinin sayı artacaq:

“Bundan sonra çox sayda insan azadlıqdan məhrum edilmədən, cəzaları digər yüngül cəzalarla əvəz olunacaq. Sərəncamla cəza növü kimi ictimai işlərə cəlbetmə, cərimə və digər yüngül cəzalara üstünlük verilib. Bu isə Azərbaycanın apardığı humanist siyasətə cəza siyasətinin uyğunlaşdırılmasıdır. Yəni, cəza siyasətinin dövlət siyasətinə uyğunlaşdırılmasıdır”.

Birinci vitse-spiker sərəncamla yaradılacaq strukturlardan da danışıb:

“Sərəncamla bir sıra yeni strukturlar yaradılacaq. “Probasiya” sözünün mənası sınaq deməkdir. Bu əsasən ingilis-sakson hüquq sisteminə daxil olan ölkələrdə tətbiq olunur. Burada söhbət ondan gedir ki, şəxs hər hansı bir cinayət edirsə, onun cinayətinin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə, müəyyən olunacaq ki, o azadlıqdan məhrum etmə cəzası vermək olar yoxsa başqa cəza növü ilə əvəz etmək olar. Yəni, başqa cəzanı verəndə müddət qoyulacaq. Məsələn, ABŞ-da 5 ilə, digər ölkələrdə 3 ilə qədərdir. Yəni, bu probasiya dövründə məhkumun özünün necə aparmasına baxılacaq”


Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler