» » Komitə icra hakimiyyətlərinə xəbərdarlıq etdi

Komitə icra hakimiyyətlərinə xəbərdarlıq etdi

Bölmə: Xəbər
Komitə icra hakimiyyətlərinə xəbərdarlıq etdi
Təbii qazla təmin olunmayan yataqxanalar, tikintisi yarımçıq qalmış binalar, pansionatlar və digər obyektlərdə sayğacların quraşdırılması texniki və istismar baxımından mümkün olmadığı üçün Azərbaycan prezidenti İlham Əliyev hələ keçən ilin dekabr ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dölət Komitəsinə kommunal xidmət təşkilatlarına, yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinə tapşırıq verib ki, belə obyektlərdə 2017-ci ilin yanvar ayı ərzində məcburi köçkünlərin adambaşına elektrik sərfiyyatı üzrə monitorinq aparılsın.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən“Xalqinfo” “”Axar.az”-a istinadən xəbər verir ki, bildirilib ki, bununla əlaqədar olaraq Dövlət Komitəsi, kommunal xidmət təşkilatları və aidiyyəti icra hakimiyyətləri ilə birlikdə monitorinq aparıb və təbii qazla təmin olunmayan obyektlərdə adambaşına 1 ay ərzində istifadə olunan elektrik enerjisinin hazırki dövr üçün real sərfiyyatı müəyyənləşdirilib. Həmin monitorinqin nəticələri barədə prezident İlham Əliyevə məlumat verilib:

““Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 14 fevral 2017-ci il tarixdə imzalanan Fərmanın 1.1-ci bəndində fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümükün olmayan sıx, kompakt müvəqqəti məskunlaşma yerlərində ( yataqxana, pansionat və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar 1 yanvar 2017-ci il tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatlarına ödəniləcək. Bunun üçün yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri, kommunal xidmət təşkilatları göstərilən obyektlərdə faktiki yaşayan məcburi köçkünlərin adlı siyahılarını təcili olaraq Dövlət Komitəsinə təqdim etməlidirlər. Fərmanın 1.2-ci bəndinə uyğun olaraq fərdi qaydada təbii qazla təmin olunmayan sıx, kompakt müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, su ilə bağlı ödənişlər isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ödəniləcək. Həmin məcburi köçkün ailələrinin sayı barədə məlumatlar aidiyyəti qurumlar tərəfindən Komitəyə artıq təqdim olunub. Lakin yerli və əraziləri işğal olunmuş icra hakimiyyətləri, kommunal xidmət təşkilatları Dövlət Komitəsinin yerli nümayəndələri ilə birlikdə təcili olaraq həmin obyektlərdə faktiki məskunlaşan məcburi köçkünlərin adlı siyahılarını Dövlət Komitəsinə təqdim etməlidirlər. Fərmanın 2.1-ci bəndində Nazirlər Kabinetinə fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limitin 3 gün ərzində müəyyən edilməsi tapşırılıb. Əlavə olaraq bildiririk ki, həm fərdi qaydada sayğaclar quraşdırılması mümkün olmayan, həm də təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkünlərə ayda 20 manat həcmində müavinət ödəniləcək. Əraziləri işğal olunmuş rayonların təqdim etdikləri siyahı əsasında həmin müavinətlər əvvəlki qaydada əraziləri işğal olunmuş rayonların hesabına köçürüləcək və məcburi köçkünlərin plastik kartlarına ödəniləcək”.

Dövlət Komitəsi bildirir ki, təbii qazla təmin olunmayan yerlər qazlaşdırıldıqdan, qəzalı binalar köçürüldükdən və sayğaclaşma mümükün olan yerdə quraşdırıldıqdan sonra o obyektlərdə yaşayan və ya köçürülən məcburi köçkünlər yenidən vahid müavinətlə təmin olunacaqlar.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler