» » Azərbaycan planşet istehsalına başlayır

Azərbaycan planşet istehsalına başlayır

Bölmə: Xəbər, MARAQLI
Azərbaycan planşet istehsalına başlayır
Azərbaycanın gözdən əlillər üçün “Braille Pad” planşetlərinin istehsalına payızda başlanacağı gözlənilir. Xalqinfo.az saytı Trend-ə istinadən xəbər verir ki, bunu “BrailleX” şirkətinin rəhbəri Sayad İbrahimov bildirib.

Onun sözlərinə görə, hazırda planşet kompüterlərin bir neçə nümunəsi var: “Bu məhsula həm funksionallıq, həm də dizayn baxımından müəyyən dəyişikliklər planlaşdırılır. Bu sahədə işlər əlavə maliyyələşmə əldə olunduqdan sonra aparılacaq”.

“Braille Pad” planşeti istifadəçilərə barmaq ucları ilə toxunmaqla bir çox funksiyadan tam şəkildə istifadə etməyə imkan verən çoxsətirli taktil ekranla təchiz olunacaq.


Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler