» » Yol Polisi uşaqlarla bağlı sərt qərar verdi - 16 sürücü cərimələndi

Yol Polisi uşaqlarla bağlı sərt qərar verdi - 16 sürücü cərimələndi

Bölmə: Xəbər, Sosial, BLOK XƏBƏR, MANŞET
Yol Polisi uşaqlarla bağlı sərt qərar verdi - 16 sürücü  cərimələndi
Son zamanlar Bakı şəhərində baş verən yol qəzalarına nəzər saldıqda xəsarət dərəcələrinin ağırlığı ciddi narahatlıq doğurur. Araşdırmalar zamanı bunun səbəbinin təhlükəsizlik kəmərlərindən düzgün istifadə edilməməsi olduğu müəyyən olunub.

Bu məlumatı Xalqinfo.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlamasında bildirib.

V. Əsədov qeyd edib ki, ən vacib məsələlərdən biri, hərəkətdə olan avtomobillərin içərisində nəzarətsiz formada hərəkət edən uşaqların olması, azyaşlı uşaqların öndə, arxada, ortada oturmasıdır: "Bu, yolverilməz haldır və təhlükəlidir. Sürücülərdən xahiş edirik ki, xüsusilə pik saatlarda, dərsdən gəlib-getmə vaxtlarında, eyni zamanda azyaşlıların daşınması zamanı 12 yaşınadək uşaqların xüsusi oturacaqlarda oturmasını təmin etsinlər. Əks halda, qanunun tələbinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunacaqlar. Ən azından öz övladınızın həyati təhlükəsizliyi üçün bunu etməyə borclusunuz. Çünki yol qəzası baş verən zaman avtomobilin çırpılması ətalət qüvvəsi yaradır və nəticədə azyaşlı ağır xəsarət alır, bu da ölümə səbəb ola bilər".

Vaqif Əsədov bildirib ki, qeyd olunan hallarla bağlı xüsusi reyd keçirilməyəcək: "Yol polisi əməkdaşları şəhərin bütün nöqtələrində bu cür qayda pozuntusu ilə rastlaşarlarsa, sürücünü saxlayıb cərimə tərtib edəcəklər. Bəzən sürücülər deyirlər ki, heç nə etməmişdim, yol polisi məni saxladı. Əgər onlar yol polisi əməkdaşları tərəfindən saxlanılmalarını istəmirlərsə, təhlükəsizlik kəmərindın və xüsusi oturacaqlardan istifadə etsinlər.


Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler