» » Türk filmində baş rollarda ilk dəfə azərbaycanlı aktyorlar çəkiləcək

Türk filmində baş rollarda ilk dəfə azərbaycanlı aktyorlar çəkiləcək

Bölmə: Xəbər
Türk filmində baş rollarda ilk dəfə azərbaycanlı aktyorlar çəkiləcək

Sentyabrın 3-dən Türkiyənin İzmir şəhərində “Tərk edilmiş” dram filminin çəkilişləri başlayır.

AzərTAc xəbər verir ki, baş rollarda azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayev çəkiləcəklər. Bundan başqa, filmdə tanınmış türk aktyorları Serdar Gökhan, Lila Gürmün, Hakkı Ergök, Sema Şimşek, Erol Alpsoykan da rol almışlar.

Türkiyənin “Post Production” şirkəti tərəfindən ekranlaşdırılan filmin rejisorru Korhan Uğurdur. Süjet xətti Suriya münaqişəsində qaçqın düşərək, Türkiyəyə sığınan və səfalətdən qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir. Filmin şüarı isə belədir: “Bəzilərinin bədbəxtliyi kimlərisə xoşbəxt edir və biz buna insanlıq deyirik”.
İzmirdə filmin çəkilişləri bir ay davam edəcək. Bu, azərbaycanlı aktyorların Türkiyədə bədii filmdə baş rollarda çəkildiyi ilk ekran əsəridir.

Qeyd edək ki, “Tərk edilmiş” filminin premyerası 2015-ci ilin mart ayına planlaşdırılır. Ekran işinin həm Türkiyədə, həm də Azərbaycanda təqdimatı keçiriləcək. Premyeradan sonra film Türkiyənin 140 kinoteatrında nümayiş olunacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler