» » Yeni doğulmuş qızlarına "Bəli" adı qoydular

Yeni doğulmuş qızlarına "Bəli" adı qoydular

Bölmə: Xəbər
Yeni doğulmuş qızlarına "Bəli" adı qoydular

Türkiyənin Diyarbəkir əyalətində yaşayan Çelik ailəsi yeni doğulmuş qızlarına "Bəli" adı qoyublar.

Xalqinfo.az-n "Haberler"ə istinadən məlumatına görə, onlar bunu aprelin 16-də keçiriləcək referendumda "Hə" səsi verəcəkləri ilə izah ediblər.

Uşağın atası Mustafa Çelik bildirib ki, onların kəndlərində nə su, nə də yol olmayıb. Amma Rəcəb Tayyip Ərdoğan hakimiyyətə gəldikdən sonra oraya bulaq da çəkdirib. İndi onun şərəfinə ailə də övladlarına belə bir ad qoymaq fikrinə düşüb.

"Bəli"nin anası Songül Çelik də həyat yoldaşının verdiyi qərarı normal qarşıladığını və onu dəstəklədiyini söyləyib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler