Dağlıq Qarabağda saxlanılan Elnur Hüseynzadə ilə görüşBölmə: Xəbər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağ missiyasının əməkdaşları bu yaxınlarda saxlanılan azərbaycanlıya baş çəkiblər. "Xalqinfo" xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə fevralın 14-də olub. Başçəkmə BQXK-nın standart proseduralarına əsasən keçirilib. İ. Hüseynova həmçinin qeyd edib ki, BXQK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun. Qeyd edək ki, Azərbaycan vətəndaşı Elnur Hüseynzadə bir neçə gün əvvəl Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|