» » Rusiya KİV-ləri iki yeniyetmə qızı xilas edən azərbaycanlını axtarır

Rusiya KİV-ləri iki yeniyetmə qızı xilas edən azərbaycanlını axtarır

Bölmə: Xəbər
Rusiya KİV-ləri iki yeniyetmə qızı xilas edən azərbaycanlını axtarır

Rusiyanın Amur vilayətinin bütün KİV-ləri Blaqoveşensk şəhərində yaşayan bir azərbaycanlını axtarır.

Həmin azərbaycanlının əsas “günahı” avqustun 24-də Zeya çayında boğulmaqda olan iki yeniyetmə qızı xilas etməsidir.

İlk olaraq bu barədə “Amurskaya pravda” qəzeti yazıb. Qəzetin məlumatına görə, çayda boğulan qızları gənc balıqçı xilas edib, amma balıqçının kim olduğu naməlumdur. Qəzetin müraciətinə yerli sakin cavab verib. O, hadisə öaş verən zaman çayın sahilində olduğunu deyib.

Onun sözlərinə görə, həmin balıqçı milliyyətcə azərbaycanlı Vüqar Əliyevdir. Masallı rayonu Sığıncaq kəndinin sakini olan Vüqar həmin gün sahildə balıq tuturmuş. 13-14 yaşlı iki qız çayda çimirmiş. Birdən qızların yanında sahildə dayanmış 6-7 yaşlı kiçik qız Vüqarın yanına qaçaraq qızların boğulduğunu deyib. Vüqar paltarını soyunmadan dərhal suya atılıb və qızları xilas edib. O hadisə yerinə çatanda qızların biri artıq dibə enibmiş.

44 yaşlı Vüqar Əliyev 25 ildir ki, Blaqoveşenskdə yaşayır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler