» » Mağazaya girən oğrunu “Həyəcan siqnalı” ələ verdi -

Mağazaya girən oğrunu “Həyəcan siqnalı” ələ verdi - VİDEO

Bölmə: Xəbər, Kriminal
Mağazaya girən oğrunu “Həyəcan siqnalı” ələ verdi -
Mühafizə polisinin əməkdaşları Sabunçu rayonunda yerləşən ərzaq mağazasını qarət etmək istəyən oğrunu yaxalayıb. Əlində bıçaq polis qarşısına çıxan şəxs əvvəlcə onlara müqavimət göstərib. Daha sonra isə bıçağı atıb qaçsa da polis onu saxlayaraq zərərsizləşdirib.

Əlində bıçaq qapıdan işıq salan polisə tərəfə gedir.

Polisin silahlı olduğunu görən cinayətkar əvvəlcə əlini yuxarı qaldırıb təslim olduğunu desə də sonradan qaçır.

Amma çox uzağa qaça bilmir ki, ərazini mühasirəyə alan polislər onu saxlayaraq zərərsizləşdirirlər.

Görüntülər hansısa xarici filimdən deyil, Bakıda mağazalardan birinin mühafizə kamerasına düşüb. Zabrat şossesində yerləşən marketlərdən birinə kənar şəxslərin müdaxilə etməsi nəticəsində mühafizə polisinin mərkəzinə ''həyacan'' siqnalı daxil olub. Mühafizə polisinin əməkdaşı Ceyhun Mərdanovun sözlərinə görə, siqnal gecə saat 4:34 də daxil olub təxminən 4 dəqiqədən sonra onlar mağazanın qapısının qarşısında olublar. Polislər qapının açıq olduğunu görüb dərhal ərazini mühasiryə alıblar.

Mühafizəpolisi tərəfindən yaxalanan şəxs Sabunçu rayon polis idarəsi 12 ci polis bölməsinətəhvil verilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, dükanı qarət etmək istəyən eyni əmələ görə əvəllərdə məhkumluq həyatı yaşamış Masallı rayonu Türkoba kənd sakini Elçin İkram oğlu Xəlilovdur. Elçin yaxalanan zaman üzərindən çoxsaylı telefon danışıq kartları və mobil telefon aksesuarları aşkarlanıb. Saxlanılan şəxs ərzaq dükanından əvvəl polis tərəfindən mühafizə olunmayan mobil telefon mağazasını qarət edib. Qarət olunan mağaza Zabrat qəsəbəsi Babək küçəsində yerləşib.

Saxlanılan Elçin Xəlilov həmin gecə daha iki dükan və bir avtoyuma məntəqəsindən oğurluq etməsini etiraf edib. Aşkar olunan faktlarla əlaqədar Sabunçu rayon polis idarəsində oğurluq maddəsi ilə Cinayət işi başlanıb. Əməliyatçılar Elçin Xəlilovun kirayələdiyi ünvana baxış keçirərəkən digər obyektlərdən oğurlanan əşyaların bir qismini aşkar edərək maddi sübut kimi götürüblər.




Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler