» » Azərbaycan hələ belə festival görməyib

Azərbaycan hələ belə festival görməyib

Bölmə: Xəbər
Azərbaycan hələ belə festival görməyib

Bu gün Şəkidə Qafqazın ilk Moto Festivalı start götürəcək. ANS TV-nin məlumatına görə, səhər saat 10:00-dan etibarən Moto festivalın qeydiyyat hissəsinə start verilib. Festivalı izləmək istəyənlər və təbii ki baykerlər bir - bir və ya komanda şəklində gələrək qeydiyyatdan keçirlər.

Festival təşkilatçısı Zümrüd Rəhimovanın sözlərinə görə, ölkənin müftəlif yerindən indiyə kimi qeydiyyatdan keçənlərin sayı 50 -60 nəfərdir.

Festivalı izləmək istəyən hər kəsə badge-lər, festival və Şəki haqqında Azərbaycan və ingilis dilində məlumat qovluqları paylanılır. Baykerlərin motosikletlərinin qulaq batırıcı səsləri festivalın keçiriləcəyi məkanda olan hər kəsi heyran edir. Baykerlərin festivaldan gözləntiləri böyükdür.

Festival iştirakçısı Sabir Nəcəfov festivaldan böyük keyfiyyət gözlədiyini və bizdə hələ belə həcmdə festival keçirilmədiyini bildirdi.

Digər iştirakçı Toğrul Qurbanzadə bu festivalın moto hərakatını daha da inkişaf etdirəcəyini qeyd edib.

Festival iştirakçısı Aleks də ilk növbədə təşkilatçılara onları dəvət etdikləri üçün təşəkkür edib. Onun xoşuna gələn burda müxtəliv növ motosikletlərin birliyini görmək və müxtəlif yaş təbəqəsindən olan baykerlərin bir araya gəlməsi olub. O hamının bu festival böyük maraq göstərdiyini vurğulayıb.

Artıq baykerlər keçdikləri uzun məsafədən sonra axşam start götürəcək festivala tam hazır olmaq üçün öz motosikletlərini yoxlayırlar.

Qeyd edək ki, Milli Qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edən Azərbaycanda ilk dəfə keçiriləcək “Qafqaz Moto Festival” Şəkinin Aşağı Karvansaray adlanan tarixi məkanında baş tutacaq. Açılış axşam saat 20:30 olacaq. Festivala bütün baykerlər dəvətlidir. Nəinki Şəki, hətta Azərbaycan hələ belə bir festival görməyib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler