» » Qaçqın və məcburi köçkünlər haqda məlumat toplanıb

Qaçqın və məcburi köçkünlər haqda məlumat toplanıb

Bölmə: Xəbər
Qaçqın və məcburi köçkünlər haqda məlumat toplanıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə birgə Azərbaycan və Xəzər hövzəsi regionu ilə bağlı elmi tədqiqatların aparılması məqsədilə “Qonaq elmi işçilərin mübadiləsi proqramı” həyata keçirilməkdədir.

AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, 2014-cü ilin III rübü üzrə Litvanın Nikolas Romeris Universitetinin Beynəlxalq və Avropa İttifaqının Hüquq İnstitutunun mütəxəssisi elmi tədqiqatın aparılması məqsədilə İnsan Hüquqları İnstitutunda araşdırma aparıb.

Aparılan elmi araşdırmanın əsas məqsədi erməni işğalı nəticəsində hüquqları pozulan qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız haqda məlumat toplamaq və əldə olunmuş nəticəni beynəlxalq ictimaiyyətə çatdırmaq olub.
Sözügedən tədqiqatçı aidiyyəti qurumlarla görüşlər keçirib, İnsan Hüquqları İnstitutunun əməkdaşları ilə qaçqın və məcburi köçkünlər üçün salınmış Binəqədi rayonunda yerləşən şəhərciyi ziyarət edib və orada yaşayan ailələrə dövlət tərəfindən edilən yardım eyni zamanda göstərilən dəstəklə tanış olub.

Bu gün qeyd olunan proqram çərçivəsində regionla bağlı tədqiqatlar aparan litvalı təqdidatçının elmi araşdırmaların təhlili və gördüyü işlərin nəticəsi haqqında yekun təqdimat keçirilib.
Təcrübə proqramının sonunda qeyd olunan iştirakçı proqramı başa çatdıraraq müvafiq sertifikatlarla təltif edilib.

AİDA və AMEA-nın İnsan Hüquqları İnstitutunun birgə həyata keçirdiyi bu tədqiqat proqramının davam etdirilməsi nəzərdə tutulur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler