» » İŞİD qadın batalyonu yaradır

İŞİD qadın batalyonu yaradır

Bölmə: Xəbər
İŞİD qadın batalyonu yaradır

İŞİD döyüşçüləri Suriyanın Raqqa şəhərində nəzarəti ələ aldıqdan və keçid məntəqələri qurduqdan bir neçə ay sonra yeni problemlərlə üzləşib. Belə ki, İŞİD terrorçuları çox vaxt şəhərdən qadın libasında qaçır. Kişi döyüşçülər uzun milli paltarda və üzləri örtülü olan qadınları demək olar ki, yoxlaya bilmir.

Buna görə də İŞİD qadınlardan ibarət Əl-Xansa briqadasını yaratmaq qərarına gəlib.

Briqadadakı qadınlar polis işçiləri olmaqla yanaşı, Raqqada qadınların İslam qanunlarına uyğun davranmalarına nəzarət edir. Raqqada gəzən silahlı qadınlar istədikləri zaman küçələrdə qadınları saxlayıb sorğu-sual edə və ya onların üzərində yoxlama apara bilir. Bundan başqa, İŞİD-çi qadınlar bir növ məlumat toplayıb terror təşkilatına ötürürlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler