» » Stadionda faciə -

Stadionda faciə - 17 nəfər öldü

Bölmə: Xəbər, Idman
Stadionda faciə -
Anqolada keçirilən futbol qarşılaşmasında faciə olub.
“Xalqinfo” xəbər verir ki, “Santa Rita” və “Rekreativo” komandalarının oyunundan əvvəl xoşagəlməz hadisələr baş verib. Belə ki, Anqolanın şimalındakı Uje şəhərində keçirilən matçdan öncə azarkeşlər stadionun darvazasını aşmaq üçün hücum ediblər. Nəticədə faciə yaşanıb.

Hadisə nəticəsində 17 nəfər həyatını itirib. Daha 59 azarkeş isə xəsarət alıb. Yaralılardan bir neçəsinin durumunun ağır olduğu bildirilir.

Baş verən faciəyə baxmayaraq oyun keçirilib və qonaq komandanın 0:1 hesablı qələbəsi ilə başa çatıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler