» » Müəllim olmaq istəyənlərə daha bir şans

Müəllim olmaq istəyənlərə daha bir şans

Bölmə: Xəbər
Müəllim olmaq istəyənlərə daha bir şans

Müəllimlərin işə qəbulu 2011-ci ildən mərkəzləşdirilmiş qaydada aparılır. 2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlərin elektron müraciətlərinin qəbulu artıq başa çatmaq üzrədir.

Keçid balını toplamış, lakin seçdiyi yerə düşməmiş müəllimlər üçün əlavə yerləşdirmə prosesi davam edir. Birinci yerləşdirmədə vakant yerlər dolmadığı üçün müəllimlər həmin vakant yerlərə topladığı ballarla yenidən ərizə vermək imkanı əldə ediblər. Ümumiyyətlə, Şəki üzrə 19 vakant yer elan olunub. Bir çox hallarda vakant yerlərlə bağlı anlaşılmazlıqlar meydana gəlir.

Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovanın sözlərinə görə, bəzən müəllimlər istədiyi vakant yeri tuta bilmədiklərindən gileylənirlər. Müsahibim deyir ki, ucqar kəndlərdə işləyən müəllimlər üçün xüsusi stimullaşdırıcı tədbirlər görülməkdədir. Əvvələr belə yerlərə üz tutan müəllimlər üçün 110 manat dəyərində kommunal xərclər və əlavə imtiyazlar ödənilirdisə, bu il Təhsil Nazirliyi güzəştlərə bir sıra dəyişikliklər edib. Belə ki, rayon mərkəzindən 20 km məsafədə işləyən müəllimlərin hamısına həvəsləndirmə tədbirləri tətbiq olunub.

Qeyd edək ki, əlavə vakant yerlər üçün müraciətlərin qəbulu 29 avqust saat 18:00-da başa çatacaq. Nəticələr nazirliyin saytında yerləşdiriləcək və namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə isə sentyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler