» » Prezident Beyləqanda

Prezident Beyləqanda

Bölmə: Xəbər
Prezident Beyləqanda

Beyləqanda səfərdə olan prezident İlham Əliyev səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Şahmat məktəbinin inşasına 2013-cü ilin mayında başlanılıb və 2014-cü ilin fevralında tikinti işləri başa çatdırılıb. İnşaat işləri daxili imkanlar hesabına həyata keçirilib.

Məktəbin ikimərtəbəli binasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin idmançılar, o cümlədən şahmatçılarla görüşlərini əks etdirən fotolar var.
Buradakı 50 yerlik şahmat yarışı zalı zəruri avadanlıqla təchiz edilib. Məktəbdə yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur.

Bundan sonra dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beyləqanda inşa edilən uşaq bağçasının açılışında iştirak edib. 80 yerlik binanın inşasına 2014-cü ilin yanvarında başlanılıb, iyul ayında başa çatdırılıb.

Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı sinif otaqları bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımı inventar və oyuncaqlarla təmin edilib.
Bu cür obyektlərin yaradılması gələcəyimiz olan uşaqlara Heydər Əliyev Fondunun diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir. Müasir dizaynı ilə diqqəti cəlb edən bu binalarda uşaqlarla çalışmaq üçün yüksək tələblərə cavab verən şərait var.

Saat 14:17

Bu gün prezident İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib.Dövlət başçısı Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə abidə ətrafında aparılan abadlıq və tikinti işləri barədə məlumat verib.

Prezident Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib. Mərkəzin binasının inşasına 2013-cü ilin mayında başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə həyata keçirilib. İkimərtəbəli binada gənclər üçün hərtərəfli şərait yaradılıb.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin Beyləqana səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Burada, həmçinin Prezident İlham Əliyevin rayona səfərlərini və gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət stend var.

Mərkəzdə gənclər kafesi, tir atıcılıq mərkəzi, karaoke, 3D kino zalları fəaliyyət göstərəcək. Binadakı 120 yerlik iclas və 14 yerlik akt zallarında gənclərin müxtəlif toplantı və görüşlərinin keçirilməsi üçün bütün şərait var. Bu zallarda rayonda qeyd edilən əlamətdar günlərlə bağlı tədbirlər keçirmək də mümkün olacaq. Burada yaradılan elektron kitabxana, oxu zalı, linqafon otağı, internet kafe, bədii gimnastika və rəqs zalları da gənclərin ixtiyarına veriləcək.

İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, ikinci texniki dərəcəli yolun uzunluğu 72 kilometr, eni isə 15 metrdir. Tikintinin gedişində layihə üzrə yol üzərində 8 yeni körpü tikilib, 109-u yolda, 63-ü yanaşma yollarda olmaqla 172 suötürücü boru qoyulub və digər infrastruktur işləri görülüb. Bütün bunlar ətraf kəndlər də daxil olmaqla bu istiqamətdə yerləşən rayonların əhalisinin daha rahat və təhlükəsiz hərəkətinə geniş imkanlar açıb.

Azərbaycan prezidenti həmçinin Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün rəmzi açılışını bildirən lenti kəsib.
Körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler