» » Bu gün bu ərazilərdə qaz olmayacaq

Bu gün bu ərazilərdə qaz olmayacaq

Bölmə: Xəbər
Bu gün bu ərazilərdə qaz olmayacaq
Fevralın 6-da saat 09:00 dan 18:00-dək Sabunçu rayonunun Bakıxanov, Maştağa və Sabunçu qəsəbələrində, Xəzər rayonunun Binə və Qala qəsəbələrində, eləcə də Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Xalqinfo” “Azəriqaz”a istinadən xəbər verir ki, mədudlaşma istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və üzərində quraşdırılmış avadanlıqlarda aparılacaq təmir işləri, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğv edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədardır.

"Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq. “Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir" - qurumun məlumatında bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler