» » Bakıda avtobus sürücüsü bıçaqlandı

Bakıda avtobus sürücüsü bıçaqlandı

Bölmə: Xəbər
Bakıda avtobus sürücüsü bıçaqlandı

Bakıda marşrut avtobusunun sürücüsü dayanacaqda bıçaqlanıb.

Xalqinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu rayonun Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə olan dayanacaqda naməlum şəxslə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və R.Məmmədov 2 bıçaq zərbəsi alıb. Çoxlu qan itirən R.Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Qeyd edək ki, R.Məmmədov 163 nömrəli marşrut avtobusunun sürücüsüdür.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler