» » Balakən 2017-ci il üçün gənclər paytaxtı seçilib

Balakən 2017-ci il üçün gənclər paytaxtı seçilib

Bölmə: Xəbər
Balakən 2017-ci il üçün gənclər paytaxtı seçilib

2017-ci il yanvarın 25-dən start götürmüş müsabiqə yanvarın 31-də sona çatıb

Gənclər və İdman Nazirliyi tərəfindən internet vasitəsilə keçirilən səsvermə nəticəsində Balakən rayonu “Gənclər Paytaxtı-2017” adına layiq görülüb.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, 2017-ci il yanvarın 25-dən start götürmüş müsabiqə yanvarın 31-də sona çatıb. Bir həftə davam edən səsvermə nəticəsində Balakən rayonu 24 şəhər və rayon arasında liderlik mövqeyi nümayiş etdirib, 37,4 faiz səs toplayaraq “Gənclər Paytaxtı-2017” adını qazanıb.

Hər il olduğu kimi, bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ildən etibarən hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın “Gənclər paytaxtı” elan edilir.

Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilən bu layihə beş il ərzində ətrafında kifayət qədər iştirakçı kütləsi toplaya bilib. Bu müddətdə Gəncə şəhəri (2012-ci il), Biləsuvar rayonu (2013-cü il), Quba şəhəri (2014-cü il), İsmayıllı rayonu (2015-ci il), Şəmkir rayonu (2016-cı il) “Gənclər Paytaxtı” adına layiq görülüblər.

“Gənclər Paytaxtı” bir il müddətinə seçilir. Bu müddətdə həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılmasına, yeni ideya və layihələrinin reallaşdırılmasına dəstək verir.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler