» » "Eurovision"da çıxış edəcəyimiz tarix bilindi

"Eurovision"da çıxış edəcəyimiz tarix bilindi

Bölmə: Xəbər
"Eurovision"da çıxış edəcəyimiz tarix bilindi

"Eurovision 2017" iştirakçılarının yarımfinallarda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma mərasimi keçirilib.

Xalqinfo.az-ın "TACC"a istinadən məlumatına görə, püşkatmanın nəticələrinə görə, Azərbaycan birinci yarımfinalda 8 nömrə altında çıxış edəcək.

Mayın 9-da keçiriləcək birinci yarımfinalda 18 (Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, Yunanıstan, Moldova, Ermənistan , Albaniya, Azərbaycan, Avstraliya, Kipr, Sloveniya, Çexiya, Latviya, İslandiya, Polşa və İsveç), mayın 11-də keçiriləcək ikinci yarımfinalda isə 19 iştirakçı (Norveç, Litva, Malta, İsrail, Makedoniya, Niderland, Serbiya, Danimarka, Rumuniya, Macarıstan, Avstriya, İrlandiya, İsveç, Estoniya, Bulqariya, San-Marino, Xorvatiya, Belarus, Rusiya) səhnəyə çıxacaq.

Yarışmanın final mərhələsi isə mayın 13-də baş tutacaq.

Builki yarışmaya ümumilikdə 43 ölkə qatılacaq.

Azərbaycanı “Eurovision 2017” mahnı müsabiqəsində təmsilçimiz Diana Hacıyeva təmsil edəcək.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler