» » Qızı ilə özünü 9-cu mərtəbədən atan ananın itkin düşən qızı tapıldı

Qızı ilə özünü 9-cu mərtəbədən atan ananın itkin düşən qızı tapıldı

Bölmə: Xəbər
Qızı ilə özünü 9-cu mərtəbədən atan ananın itkin düşən qızı tapıldı

Bakıda qızı ilə birlikdə intihar edən ananın itkin düşən digər qızı tapılıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Aytən Fərzəliyeva bir neçə gün əvvəl tapılaraq ailəsinə təhvil verilib. Onun harada olması və hadisənin detalları hələlik açıqlanmır.
Qeyd edək ki, bir neçə gün əvvəl Yeni Yasamal 2, ev 10 ünvanında 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Aytac Asəf qızı Fərzəliyeva özlərini yaşadıqları binanın 9-cu mərtəbəsindən ataraq intihar ediblər. İki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq hərəkətləri davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler