» » Yaralı zabitimiz hiddətləndi:

Yaralı zabitimiz hiddətləndi: “Səbrimizi daşırsalar, ermənilərin bir alayını da...”

Bölmə: Xəbər, GÜNDƏM
Yaralı zabitimiz hiddətləndi:

"Səbrimizi daşırsalar, ermənilərin bir taborunu, alayını, müdafiə nazirini, əmr verənlərini gətirə bilərik”.

Xalqinfo.az xəbər verir ki, bunu Ermənistanın nəşini qaytarmadığı əsgər şəhidimiz Çingiz Qurbanovla bağlı Milli Məclisin bəyanatına münasibət bildirərkən döyüş tapşırığını yerinə yetirən zaman sağ ayağını və sol gözünü itirən kəşfiyyatçı baş leytenant Kamil Musavi deyib.

O, beynəlxalq qurumların hər zaman olduğu kimi, bu dəfə də işğalçıya tərəfkeşlik nümayiş etdirdiyini söyləyib:

"Onlar hər zaman ermənilərin tərəfində olublar. Əsgər şəhidimizin nəşini qaytarmamaq Ermənistanın bir təxribatıdır. Bununla onlar cəmiyyətimizdə, insanlar arasında çaxnaşma, ruh düşkünlüyü yaratmağa və insanların dövlətə inamını qırmağa çalışırlar. Ermənilər bilməlidir ki, biz bütün gerçəklikləri görürük. Onların ordusunu belə qabağımıza qatıb, gətirməyə imkanımız, qüdrətimiz və iradəmiz çatar. Lakin biz ermənilərdən fərqli olaraq, münaqişəni sülh yolu ilə, öhdəliyə götürdüyümüz beynəlxalq hüquq normalarına riayət etməklə, dünyanın dəstəyi ilə, leqal və humanist yolla həll etməyi daha üstün tuturuq.

Təcavüzkarlar Azərbaycan torpaqlarına soxulub, əsgərlərimizə atəş açır, meyitlərini girov saxlayır, əsirlərimizi qaytarmır və onlara işgəncələr verirlər. Onlar bu cür iyrənc əməllərlə Azərbaycan xalqını və dövlətini qıcıqlandırmaq istəyirlər. Xalqın içərisində bədbin əhval-ruhiyyə yaratmağa çalışırlar. İnanıram ki, bunların layiqincə cavabı veriləcək. Çox düzgün vurğulanır ki, biz bir əsgərimizi onların nəinki generalına, hətta müdafiə nazirinə, prezidentinə belə dəyişmərik. Söhbət odur ki, onlar vəziyyəti bizim əlavə addımlar atmağımıza, döyüşmək məcburiyyətində qalmağımıza gətirib çıxarmaq istəyirlər. Ermənilər bir dəfə bizi qıcıqlandırmağa çalışdılar, aprel savaşlarında onların layiqli cavabını verdik. İndi yenə təxribatlara əl atırlar. İnanıram ki, buna qarşı da cənab prezidentimiz addım atacaq, çünki bu məsələ onu da şəxsən diqqət mərkəzindədir. Söz sahibi olan ictimaiyyət nümayəndələri, siyasətçilər, millət vəkilləri hər zaman çıxışlarında deyirlər ki, bizim səbrimizi daşırmayın. Bunu həmişə təkrarlayırıq. Görünür, Ermənistan və ermənilər canlarından beziblər. Buna sadəcə belə ad qoymaq olar”.

Qeyd edək ki, Dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat zamanı nəşi Ermənistan tərəfdə saxlanılan əsgərimizə qarşı göstərilən qeyri-insani münasibətlə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. (Sherg.az)



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler