» » “Mars” və “Snickers”də dəhşətli bakteriya aşkarlandı

“Mars” və “Snickers”də dəhşətli bakteriya aşkarlandı

Bölmə: Xəbər
“Mars” və “Snickers”də dəhşətli bakteriya aşkarlandı

Bu bakteriya qida zəhərlənməsinə səbəb ola bilər.

Tanınmış “Mars” və “Snickers” markalarının içkiləri Fransada mağazalardan geri çağırılıb. Həmin məhsullarda xəstəlik törədən bakteriyalar var.
Xalqinfo.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə məşhur brendin rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Bacillus subtilis adlı bakteriya insan orqanizminə ciddi zərər vura bilər. Bu bakteriya qida zəhərlənməsinə səbəb ola bilər.

Qərar yalnız sport qapaqlı 350 ml həcmdə plastik qablardakı Mars Milk, Snickers Shake, Milky Way Milk və Bounty Drink içkilərinə şamil edilib.

Bütün məhsullar Almaniyada istehsal olunub və istifadə müddəti 2015-ci ilə qədərdir.

“Biz xahiş edirik ki, heç kim bu məhsulu istifadə etməsin”, - şirkətin məlumatında deyilir.

Bu məhdudiyyət Almaniya və Hollandiya bazarlarında da tətbiq edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler