» » Nənə körpə nəvəsi ilə birgə özünü Kürə atdı

Nənə körpə nəvəsi ilə birgə özünü Kürə atdı

Bölmə: Xəbər
Nənə körpə nəvəsi ilə birgə özünü Kürə atdı

Azərbaycanda nənə və nəvə intihara cəhd edib

Şirvan Şəhər Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün baş verib.

Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Dilşad Cəbrayılova nəvəsi, 2 yaşlı Tofiq Cəbrayılovla birgə özünü körpüdən Kür çayına atıb. Hadisə yerinə cəlb olunan xilasedicilərin səyi nəticəsində hər iki şəxs xilas edilib.

Polisdən həmçinin bildirilib ki, nəvəsi ilə birgə intihar etmək istəyən qadın ruhi xəstədir. Hazırda hadisənin səbəbləri araşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler