» » Bakıda mineral suyun içində milçək çıxdı

Bakıda mineral suyun içində milçək çıxdı

Bölmə: Xəbər
Bakıda mineral suyun içində milçək çıxdı

“İlham Qax Mineral Su Sənaye Firması”na məxsus olan Qax suyunun içindən milçək çıxıb. Bu barədə azadxeber.net-ə alıcılardan biri məlumat verib. Dükandan aldığı suyun açılmamış formada fotosunu redaksiyamıza göndərən vətəndaş bununla bağlı Azad İstehlakçılar Birliyinə məlumat verdiyini söyləyib.

Baş verənlərlə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. Sözügedən olayla əlaqədar açıqlama verən Eyyub bəy faktı təsdiqlədi və bununla şirkət rəhbərliyinə müraciət etdiklərini söylədi: “Lakin təəssüflər olsun ki, şirkət rəhbərliyi müraciətimizə elə də əhəmiyyət vermədi. Artıq sözügedən şirkətlə bağlı aidiyyəti qurumlara müraciət edərək suyun fotolarını göndərmişəm.”

Baş verənlər bağlı “İlham Qax Mineral Su Sənaye Firması” ilə əlaqə saxladıq. Mövzu il ə bağlı açıqlama verən “İlham Qax Mineral Su Sənaye Firma mallarının Bakı Sumqayıt şəhərində satışını həyata keçirən “AMEQO” MMC-nin rəhbəri Elşən Nəcəfov bildirdi ki, firma tərəfindən anti-sanitariya qaydalarına tamamilə əməl olunur: “Mümkündür ki, kimlərsə bizim butulkadan və etiketdən istifadə edərək firmamıza ziyan vurmaq istəsin. Bir daha əminliklə bildirirəm ki, bizim istehsal etdiyimiz suların hamısı nəzarətdən keçirilir və sözügedən suyun bizimlə heç bir əlaqəsi yoxdur”.

Məlumatı verən və suyun fotosunu çəkərək Azad İstehlakçılar Birliyinə təqdim edən xanımla bir həftədən çoxdur ki, əlaqə yarada bilmədiklərini söyləyən MMC rəhbəri, “həmin xanım bizim telefon zənglərimizə cavab vermir ki, biz həmin suyun hansı dükandan aldığını dəqiqləşdirək. Şirkətin işgüzarlığına ziyan vurmaq üçün kimlərsə bizim etiketdən və butulkamızdan istifadə edərək belə bir iş görüb”, - deyə bildirdi: “Bizim şirkətin qapıları və istehsalat müəssisələri media işçilərinin üzünə daima açıqdır. İstənilən zaman şirkətimizə gələrək suların hazırlanması, qablaşdırılması və istehsalı il bağlı araşdırma apara bilərsiz.“

Şərh Yaz
ŞƏRH(1)

Sevda 12 yanvar 2015 21:22
Siz çox sehv edirdiz. Bele bir şey ola bilmez. Nece yeni ola biler ki suyun içine girsin o milçek. Onun hazırlanışını görmüsüz siz heç? Bele bir şey ola bilmez heç cüre bele şeylere inanmayın. Bu su çox keyfiyyetlidir. Çox temiz. Rehberliyinde bele bir cavab vermediyini çox yaxşı bilirem. Onlar size ele cavab vermeyibler... Yalan xeber yazmaq lazım deil. Kim bu suyu pislemek isteyirse elde ede bilmeyeceksiz:)) o qadınında niyyeti bellidir. Nice suyun tarixi belli deyil? Niye o su vitrinde o qeder vaxt qalıb? Niye o magazanın işçileri bunu görmüyüb? Bu xanımın etdiklerini o işçiler ede bilerdi:)) demek bu işde bir iş var:))
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler