» » Şadlıq evində partlayış -

Şadlıq evində partlayış - Bakıda

Bölmə: Xəbər
Şadlıq evində partlayış -
Bakıda şadlıq evində baş vermiş partlayış nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Bu barədə məlumat APA-ya Əziz Əliyev adına Azərbaycvan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq bölməsindən verilib.

Hadisənin baş verdiyi “Sultan” restoranındə kababçı işləyən 1962-ci il təvəllüdlü Əhmədov Əlif Nuru oğluna bədəninin müxtəlif sahələrinin II-III dərəcəli termiki yanıqları diaqnozu qoyulub. Onun bədəninin təxminən 40 faizi yanıb. Digər yaralı 1993-cü il təvəllüdlü Comərdov Tural Telman oğlu isə ilkin tibbi yardımdan sonra ambulator müaəlicəyə göndərilib.

Şadlıq sarayından APA-ya verilən məlumata görə, partlayış mətbəxdə baş verib. Məişət qaz balonunun partlaması nəticəsində iki nəfər xəsarət alıb, restoranın fəaliyyəti müvəqqəti dayandırılıb.

**** 18.20

Bakıda şadlıq evində partlayış olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb. Vətəndaşa məxsus şadlıq evinin ərazisində məişət qaz balonunda partlayış baş verib. Nəticədə ərazidə 2 kv.m sahədə taxta qırıntıları yanıb.

Partlayış zamanı ərazidə olan 2 nəfər işçi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Hər birinin həcmi 50 litr olmaqla 4 ədəd məişət qaz balonu və tikililər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler