» » Nəsimidə 20 Yanvar faciəsi anılıb

Nəsimidə 20 Yanvar faciəsi anılıb

Bölmə: Xəbər
Nəsimidə 20 Yanvar faciəsi anılıb

Bu gün Nəsimi Rayon İcra Hakimiyyətində "20 Yanvar Cəmiyyəti", rayonun ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə görüş keçirilib.

Xalqinfo”ya daxil olan məlumata görə, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir.

Başçı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb, bir çox sualların həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Görüşdə "20 Yanvar Cəmiyyəti"in sədri Sultan Əzimzadə, Nəsimi rayon Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva, 20 Yanvar Nəsimi rayon təşkilatının sədri, II qrup əlil Tofiq Allahverdiyev çıxış ediblər.

Tədbirin sonunda 20 yanvar faciəsi şəhid ailələri və əlillərinə maddi yardım göstərilib.



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Nəsimidə 20 Yanvar faciəsi anılıb
Nəsimidə 20 Yanvar faciəsi anılıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler