» » “Türkiyə istəsə də orada dini dövlət yarana bilməz” -

“Türkiyə istəsə də orada dini dövlət yarana bilməz” - Deputat

Bölmə: Xəbər
“Türkiyə istəsə də orada dini dövlət yarana bilməz” -

Türkiyənin orta məktəblərinin təhsil proqramlarında təkamül nəzəriyyəsinin tədrisi ilə bağlı edilən dəyişiklik Azərbaycanda sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Xalqinfo” xəbər verir ki, bir çox aktiv istifadəçi və ziyalı qərarı paylaşaraq bunun yolverilməz olduğunu qeyd ediblər. Hətta bu qərarla Türkiyənin İran yolu tutduğunu iddia ediblər.

“Qafqazinfo” məsələni araşdırıb. Məlum olub ki, söhbət Darvin nəzəriyyəsinin dərsliklərdən çıxarılmasından gedir.

Türkiyənin təhsil naziri İsmet Yılmaz cari təhsil ilində qüvvəyə minəcək yeni təhsil proqramının özəlliklərindən bəhs edərkən deyib ki, yuxarı siniflər üçün nəzərdə tutulmuş biologiya dərsliklərindən təkamül nəzəriyyəsi ilə bağlı bölüm çıxarılacaq. Onların yerini ətraf mühit şəraitinin genetik dəyişikliklərə təsiri barədə “Canlılar və çevrə” bölməsi tutacaq.

Türkiyənin orta məktəblərində azərbaycanlı şagirdlərin də oxuduğunu nəzərə alaraq məsələ ilə bağlı millət vəkili Fazil Mustafanın fikirlərini öyrəndik.

Deputat deyib ki, proqramda edilən dəyişikliklərin dünyəvi dövlətlə heç bir əlaqəsi yoxdur: “Çünki Darvinin təkamül nəzəriyyəsinin müəyyən tezisləri artıq dünyada qəbul olunmur. Sadəcə nəzəriyyə haqqında məlumat verilməlidir. İnsanları təkcə dini deyil, bununla yanaşı ateist təfəkkürləri də öyrənməlidir. Burada söhbət kiminsə təbliğatından getmir. Ona görə də Darvin nəzəriyyəsinin məlumatlandırılma bölümü dərsliklərdə saxlanılmalıdır. Bu da şagirdlərdə bilginin məhdud olmamasına xidmət göstərə bilər. O baxımdan da tam çıxarılması yanlışdır.

Ancaq ləğv olunursa, bu da İrana doğru yaxınlaşmaq anlamını verməməlidir. Türkiyə istəsə də orada dini dövlət yarana bilməz. Çünki Türkiyədə dini milliləşdirməyiblər. İslamın hər hansı cərəyanlarını qəbu etmək məsələsi əsasda dayanır. Populyar dini zehniyyət Türkiyədə geniş deyil. Modern düşüncə sahibləri də çoxdur. Bu baxımdan da hər hansı təhlükəni görmürəm. İranda isə din milliləşib. Sırf farslara məxsus olan bir dini düşüncə var”.



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler