» » Vüsal Ələkbərova qarşı yeni iddia qaldırıldı

Vüsal Ələkbərova qarşı yeni iddia qaldırıldı

Bölmə: Xəbər
Vüsal Ələkbərova qarşı yeni iddia qaldırıldı

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

V.Ələkərov cinayət işinə xitam verilməsi və işin yenidən prokurorluğa qaytarılması barədə verdiyi vəsatətlər təmin edilməyib.

Zərərçəkmiş şəxslər V.Ələkbərova qarşı mülki iddia qaldıraraq onlardan hədə-qorxu yolu ilə alınan pulların geri qaytarılmasını istəyiblər. İddia ərizələri icraata götürülüb. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Məhkəmə prosesi yanvarın 26-da davam etdiriləcək.

Qeyd edək ki, V.Ələkbərov hədə-qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, rüşvət alma,hakimiyyətdən sui istifadə və hakimiyyət həddini aşmaqda təqdirləndirilir. Onun 1,4 milyon manatlıq əmlakına həbs qoyulub.(qafqazinfo)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler