» » Neft Fondunun xərcləri niyə artırıldı?

Neft Fondunun xərcləri niyə artırıldı?

Bölmə: Xəbər
Neft Fondunun xərcləri niyə artırıldı?

Azərbaycan Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər artırılıb.

Xalqinfo” xəbər verir ki, ötən il xərclər 24 420,0 min manat idisə, builki xərc 32 572,0 min manat təşkil edəcək. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün çəkilən xərclər isə ötənilki səviyyədə (90 000,0) səviyyəsində saxlanılıb.

Dövlət büdcəsinə transfertin həcmində dəyişiklik olub. Ötən il bu rəqəm 6 milyard idisə, bu il 6 100 000,0 həcmində olacaq. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün çəkilən xərc əvvəki ildəki kimi (70 000, 0) qalıb.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi üçün çəkilən xərclər azaldılıb. Bu il bu sahə üçün 29 304, 0 min manat vəsait nəzərdə tutulub. Ötən il isə bu rəqəm 36 558,0 min manat təşkil edirdi.

Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi üçün 496 155,0 min manat vəsait nəzərdə tutulub. Ötən il isə 1 822 800,0 həcmində vəsait ayrılmışdı.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün isə xərclər artırılıb. Bu il bu sahəyə 165 825, 0 min manat vəsait ayrılacaq. Ötən il ayrılan maliyyənin həcmi isə 137 621,7 min manat təşkil edirdi.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler