» » Kartofun içindən narkotik çıxdı

Kartofun içindən narkotik çıxdı

Bölmə: Xəbər
Kartofun içindən narkotik çıxdı

Cəzaçəkmə müəssisəsində ümumi çəkisi 1,863 qram olan heroin aşkar edilərək götürülüb
Cəzaçəkmə müəssisəsinə kartofun içində narkotik keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilmiş, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şükürov Rəvan Etibar oğlunun yanına qısa müddətli görüşə gəlmiş qardaşı Şükürov Elnur Etibar oğlunun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı kartofun içərisində xüsusi üsulla gizlədilmiş, 5 ədəd sellofana bükülü, ümumi çəkisi 1,863 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler