» » Mehman Hüseynov tapıldı -

Mehman Hüseynov tapıldı - İttiham olunduğu maddə bilindi

Bölmə: Xəbər, Sosial, BLOK XƏBƏR
Mehman Hüseynov tapıldı -

Dünəndən itkin düşən Mehman Hüsyenov tapılıb.

Xalqinfo”nun verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

O bildirib ki, M.Hüseynov Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb və hazırda Nəsimi rayon məhkəməsinə aparılır.

***

Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmama) maddəsi ilə ittiham edilir. O hazırda Nəsimi rayon məhkəməsindədir. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun barəsində qərar veriləcək.

Bu maddə üzrə ittiham olunan şəxsin təqsiri sübuta yetirilərsə, onu 200 manat cərimə və ya 1 ayadək inzibati həbs cəzası gözləyir.

Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler