» » Azərbaycanda otellərə əli silahlı necə girmək olur?


Azərbaycanda otellərə əli silahlı necə girmək olur?

Bölmə: Xəbər
Azərbaycanda otellərə əli silahlı necə girmək olur?

Həftəsonu “Demirchi Tower”da baş verən dəhşətli qətl bu cür binaların xüsusi mühafizə-təhlükəsizlik sistemi ilə bağlı bir sıra suallar yaradır. Qətl hadisəsini törədən şəxs həmin binaya odlu silahla necə keçib və binanın təhlükəsizlik xidmətindən necə yayınıb?

"Xalqinfo" "Qafqazinfo"ya istinadən xəbər verir ki, belə bina və obyektlərin təhlükəsizliyinin hansı şəkildə təmin edilməsi ilə bağlı Trend-ə açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev xatırladır ki, oxşar hadisə 2015-ci ildə "Avropa" hotelində də baş vermişdi:

"Hotellər fəaliyyətinə görə iki hissəyə bölünür - sırf istirahət üçün nəzərdə tutulan hotellər və biznes məqsədlərlə və müxtəlif tədbirlərin keçirilməsi üçün də istifadə olunan hotellər. Özəl şirkətlər yerləşdikləri hotellə müqavilə bağlayır və həmin müqavilə əsasında təhlükəsizliyi təmin edilir. Həmin şirkətlərin əməkdaşları barədə məlumatlar hotelin bazasında yerləşdirilir. İstirahət hotelləri isə həm korporativ müştərilərə, həm də digər qonaqlara xidmət göstərir. Əsas hotellər həm daxili təhlükəsizlik xidmətinin, həm də Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizə edilir. Bu cür hotellərdə xüsusi tədbirlər olanda, mühafizəyə əlavə təhlükəsizlik qüvvələri də cəlb edilir. Hotellərə müştəri daxil olarkən qeydiyyata alınır, avtomobillər parklanmaya yoxlanılaraq buraxılır. Bundan başqa, müştəri hotelə daxil olarkən yükü xüsusi detektorlarla yoxlanılır".

Avropa Oteli

Azərbaycanda otellərə əli silahlı necə girmək olur?














E.Nurəliyev deyir ki, hotellərdə baş verən cinayət hadisələrini birbaşa mühafizə xidmətinin fəaliyyətsizliyi ilə əlaqələndirmək doğru olmaz: "Təbii ki, hotelin mühafizə xidməti daha diqqətli olsa, girişdə metal detektorlarla yoxlanılsa, baş verən son hadisə kimi halların qarşısını almaq olar".

Azərbaycanda otellərə əli silahlı necə girmək olur?














"Qafqaz Baku city" hotelinin Təhlükəsizlik və əməyin mühafizəsi şöbəsinin rəhbəri Taleh Abdullayev isə bildirib ki, Azərbaycanda hotellərə daxil olan müştərilərin xüsusi detektorlarla yoxlanılması prosesi həyata keçirilmir:

"Bəzi xarici ölkələrdə bu məsələ aktualdır. Hotelə daxil olan müştərilərin hamısı xüsusi detektorlarla yoxlanıldıqdan sonra girişə icazə verilir. Bizdə isə bu proses heç bir hoteldə tətbiq edilməyib. Xüsusi dövlət tədbirləri olanda qonaqlar yoxlanılır, təhlükəsizlik gücləndirilir. Amma adi hallarda hotelə daxil olan şəxsi detektorlarla yoxlamağa icazə verilmir".

T.Abdullayev bildirib ki, hotellərdə müştərilərin yoxlanılması vacibdir: "Çox istərdik ki, bu məsələ qanunvericiliklə tənzimlənsin. Hotellərin girişində yoxlanış detektorlarının quraşdırılması vacibdir. Çünki heç bir hotel belə hadisələrdən sığortalanmayıb".

Hotel əməkdaşı bildirir ki, təmsil etdiyi obyektin girişlərində və hər mərtəbədə təhlükəsizlik postları qurulub: "Təhlükəsizlik əməkdaşları xüsusi ratsiyalarla təmin edilib, hoteldə nəzarət-müşahidə kameraları quraşdırılıb".


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler