» » Bakıya yağış, rayonlara qar yağacaq

Bakıya yağış, rayonlara qar yağacaq

Bölmə: Xəbər, Sosial
Bakıya yağış, rayonlara qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Xalqinfo”ya daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşama doğru isə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler