» » Astara gömrüyündə sürücülərdən pul alınması ilə bağlı -

Astara gömrüyündə sürücülərdən pul alınması ilə bağlı - Açıqlama

Bölmə: Xəbər
Astara gömrüyündə sürücülərdən pul alınması ilə bağlı -

Dövlət Gömrük Komitəsi Astara gömrüyündəki vəziyyətlə bağlı məlumat yayıb. "Qafqazinfo"ya daxil olan açıqlamada bildirilir ki, yanvarın 7-də bir sıra kütləvi informasiya vasitələrində İrandan gələn və Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına kənd təsərrüfatı məhsulları aparan yük nəqliyyat vasitələrinin Astara Gömrük idarəsinin yük terminalında saxlanılması barədə məlumat yayılıb. Məlumatda nəqliyyat vasitələrinin əsassız saxlanıldığı və sürücülərdən qeyri-qanuni ödəmələrin tələb olunduğu bildirilir.

Dövlət Gömrük Komitəsi bildirir ki, Astara Gömrük İdarəsinin yük terminalında saxlanılan və əksəriyyəti Rusiya Federasiyasının Dağıstan Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrinin müvəqqəti saxlanılmasına səbəb sürücülərin avtomobillərə gömrük nəzarətinin keçirilməsinə mane olmalarıdır. Belə ki, nəqliyyat vasitələrinin sürücülərinə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi dəfələrlə izah olunsa da, onlar müxtəlif bəhanələrlə gömrük nəzarətinin keçirilməsinə mane olmağa cəhd göstərib, əks təqdirdə isə Rusiya Federasiyasına yük daşıyan Azərbaycana məxsus nəqliyyat vasitələrinə Dağıstan Respublikası ərazisində maneə yaradacaqlarını bəyan edərək gömrük əməkdaşlarını təhdid ediblər.

Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə görə müvafiq gömrük orqanı lazım bildikdə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrində yoxlama apara bilər. Sürücülərdən qeyri-qanuni ödəmələrin tələb olunması barədə deyilənlər isə ümumiyyətlə həqiqətə uyğun deyil.

Sürücülər arasında aparılan izahat işləri nəticəsində artıq problem aradan qaldırılıb və yük nəqliyyat vasitələri qanunvericiliyə uyğun olaraq gömrük nəzarətindən keçirildikdən sonra təyinat məntəqələrinə yola salınıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler