» » Nurayın taleyi ilə bağlı komissiya yaradıldı

Nurayın taleyi ilə bağlı komissiya yaradıldı

Bölmə: Xəbər
Nurayın taleyi ilə bağlı komissiya yaradıldı

Quba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı İşçi Komissiya yaradılıb. "Xalqinfo" xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında bildirib ki, Komissiyanın üzvləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən təşkil olunub.

Onun sözlərinə görə, artıq sabah Komissiya üzvləri, Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın rəhbərliyi ilə Qubada 10 yaşlı Nuray Bayramzadə və onun ailə üzvləri ilə görüşəcəklər: "Komissiya hazırda araşdırmanı davam etdirir. Araşdırmalara əsasən, ola bilsin iddia qaldırıla bilər. Dövlət Komitəsi uşaq hüquqlarının pozulması ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür".

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler